Maşın tərcümə
1. EHM köməyi ilə verilmiş proqram əsasında mətnin avtomatlaşdırılmış şəkildə tərcüməsi; 2. Dilçiliyin linqvistikanın əsas müddəaları və metodlarını işləyib hazırlayan tərcümə nəzəriyyəsi; 3. İkidillik (qoşadillik) situasiyası şəraitində avtomatlaşdırılmış informasiyanın işlənib hazırlanması mətnin bir təbii (insan) dilindən digərinə çevrilməsi; 4. Maşının (EHM, kompüterin) köməyi ilə tərcümə; 5. İkidillik (qoşadillik) situasiyası şəraitində texniki vasitələrin bütün mərhələlərində istifadə (və inkişaf) informasiyasının ümumi prosesinin işlənib hazırlanması; 6. Mətnin bir dildən (təbii, yaxud süni) digər dilə (təbii, yaxud süni) elektron rəqəmli hesablama maşınlarında həyata keçirilən tərcümə prosesi.